Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qızlardan ibarət U-15 voleybol millimiz MDB Oyunlarına qələbəylə başlayıb 

Sentyabrın 29-da Gəncə Olimpiya İdman Kompleksində MDB Oyunlarının proqramına daxil olan voleybol yarışlarına 15 yaşlı qızların çıxışı ilə start verilib. AVF-dən verilən məlumata görə günün ilk matçında "B" qrupunda yer alan Belarusla Qırğızıstan qarşılaşıb. Görüş Belarusun quru hesablı qələbəsi ilə başa çatıb -3:0.

Günün ikinci matçında isə "A' qrupunda yer alan ev sahibi Azərbaycan millisi Tacikistan komandası ilə üzləşib. Oyun U-15 millimizin qələbəsi ilə bitib - 3:0.

Xatırladaq ki, millimizin növbəti oyunu oktyabrın 3-də Özbəkistana qarşı olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin