Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Faiq Balabeyli: 

Əvvəllər başqaydı qayğım, qadağam


Əvvəllər başqaydı qayğım, qadağam
İndi yüklənmişəm ansızlığa
Daha barmağıma daş toxunanda
Anam duyuq düşməz, anam sızlamaz.
Kimin yuxusuna girəcəm indi
İndi kim deyəcək:
özünü qoru
Sən də Dədən kimi sözünü deyən,
Ay bala, ağzında sözünü qoru.
Doqqazın önündə kim duracaq, kim
Kimin dodaqları kəpənək kimi
qonacaq üzümə, gözümə mənim
O nazik, o zərif, gücsüz qolları
Sıxacaq köksünə, çəkəcək məni:
"Bala, xəbərin var qardaşlarından?-
Böyükdən kiciysən, böyüyü yoxla
Kiçikdən böyüksən kiçiyə dəy bir
Doxdura zəng elə, özünü yoxlat...
Dənizin, Aylinin sözünə bax ha
Fatehin, Faiqin qadasın alım".
Hamının qadasın aldın, ay ana,
Özünə baxmağa qalmadı halın.
Daha ürəymin qaydına qalım
Axı həmişəlik ürəyimdəsən
Axı bir yerdəyik, axı bu gündən
Nəfəsim də sənsən, ürəyim də sən

Best coffeeshop in Berlin