Güləşçimiz Osman Nurmaqomedov üçüncü dəfə dünyada 3-cü olub
Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Qeyd edək ki, sərbəst güləşçilərin çıxışı ilə start götürən mundialın üçüncü günü daha bir təmsilçimiz inamla güləşərək mükafatçılar sırasında yer alıb. Söhbət 92 kq çəki dərəcəsində döşək üzərinə çıxan və yarımfinala qədər qələbələrini sıralayan Osman Nurmaqomedovdan gedir. O, dünən gecə saatlarında gürcüstanlı güləşçi Miririani Maysuradze ilə bürünc medal uğrunda görüşə çıxıb. Görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb - 5:1. Bununla da Azərbaycanın sərbəst güləş üzrə yığma komandası hazırkı mundialda aktivindəki medalların sayını 4-ə (0-1-3) çatdırıb.
Yeri gəlmişkən, Nurmaqomedovdan öncə yiqmamizin üzvlərindən Georgi Meşvildişvili (125 kq) gümüş, Nurəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.
Maraqlıdır ki, yiqmamizin aktivinə hazırkı mundialda dördüncü medal kimi yazılan bu bürünc Nurmaqomedovun özünün də mundiallarda qazandığı 4-üncü (0-1-3) medalı olub.
İNTİQAM Məmmədov


