AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Ailə üzvlərini qətlə yetirən Əhmədi hansı cəza gözləyir?
Ötən gün 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu paytaxtın Xətai rayonunda ailə üzvləri - 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızını və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunu kəsici alətlə qətlə yetirib.
Davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı-1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət Məcəlləsinin qeyd olunan maddələrinə əsasən, Əhməd Əhmədova on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası veriləcək.
Hazırda ibtidai istintaq davam edir.


