Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Kərim Kərimli: 

XARIBÜLBÜLƏ

Ey qarın altında xəyala dalan,

Yolumu gözləyən Xarıbülbülüm!

Ey süsən-sünbülüm, vəsli can alan,

Baharı səsləyən vəfalı gülüm!

 

Qanad alıb xəyallardan, yanına,

Hər gün xəyal kimi uçuram sənin.

Canım qurban dərdə dözən canına,

Yazağzı gələrəm, qucaram səni.

 

İndi qışdır, buz bağlayıb o yollar,

Yaz günəşi, bir gün gələr, əridər.

O tərəfdən tez dirilər dolaylar,

Zəfər yolu şümallaşar bəridən.

 

Qəm eləmə, qar altında bürüşmə,

Təbiətin öz hökmü var, əzizim!

Yaz gülən gün aç gözünü gülüşlə,

Gələcəkdir o ilk bahar əzizim!

Güləcəksən sən hər bahar, əzizim!

 

Best coffeeshop in Berlin