Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Zahid Sarıtorpaq: 

Sözün qoynunda ruhun ayıqdır həmişə...

Bu gün səni cismən itiridiyimizdən on bir il keçir... Ruhən həmişə bizimləsən, qəlbimizdəsən, eləcə də həmişə Ucalarda - Sözün Məqamındasan, unudulmaz dostum. Sərxoş dediyin bu dünya öz işindədir, rahat uyu, Şaiq Vəli. Onsuz da Sözün qoynunda ruhun ayıqdır həmişə...

* * *

gözəl nə gözəl- sənəm

sənəm nə sənəm- yey, yey

eşq nə eşq- qəm

qəm nə qəm- mey, mey

 

zülüm nə zülüm- zülmət tor

zülmət nə zülmət- zühur

zühur nə zühur- nur

nur nə nur- ay, ay

 

ömür nə ömür- həvəs

həvəs nə həvəs- nəfəs

nəfəs nə nəfəs- səs

səs nə səs- ney, ney

 

könül nə könül- bülbül

bülbül nə bülbül- əsiri gül

gül nə gül- üzü tül

tül nə tül- göy, göy

 

DÜNYA SƏRXOŞ, MƏN AYIQ...

Dünyaya üz tutan divanəymiş,

Divanə devanəymiş!…

Bu dünya nəymiş, ah, nəymiş –

Şərab süz, dostum, mənə şərab süz!

 

Budaqda gül – tac,

gül – ismət,

gül – şan,

Bu nə gülüstan, bu nə gülşən?! –

Bülbül köksü qan…

gül gülür, gül şən…

Şərab süz, dostum, mənə şərab süz!

 

Açıq pəncərədən daş gəlməz daha,

Xumar gözlərdən yaş gəlməz daha,

Acım acıdır, şirinim xoş gəlməz daha,

Şərab süz, dostum, mənə şərab süz!

 

Yaşadım bir ömrü – xeyriyə oldu,

Xeyriyyə ömrün xeyri nə oldu?

Uduzdum – dünyanın xeyrinə oldu,

Şərab süz, dostum, mənə şərab süz!

 

Mən insan deyiləm – insan qarışqa,

Tapdanmaq qoxusu hər bir qarışda…

Ömrün nə qədəri hələ qarşıda…

Şərab süz, dostum, mənə şərab süz!

 

Daş daşıdım, söz daşımağa öyrəşəmmədim,

Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.

Bu dünyayla barışammadım –

yaşamağa öyrəşəmmədim,

Şərab süz, dostum, mənə şərab süz!

 

Dönməz sahilə bir də o qayıq,

Hayıf o qayıqçı,

o qayıq hayıf!

Dünya sərxoş, mən ayıq!…

Şərab süz, dostum, mənə şərab süz!

ŞAİQ VƏLİ

Best coffeeshop in Berlin