AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Aysel Fikrət:
Adam qorxur doğulub bu dünyaya atıla...
Bütün oğrular yuxuda düz adamdı,
Bütün xəyanətkarlar yuxuda sədaqətli.
Mən yaşaya bilmirəm bu saxta görüntünü,
Mən daşıya bilmirəm görüntü ədaləti.
İnsan hissdən ucadır ,insan əməldən uca.
Təsadüfdən demirlər bizə həyatın özü,
Allah yaratdığını biz nə üçün dağıdaq
Bir anlıq düşünsəydik, bəlkə etməzdik düzü.
Görəsən, bəs nə üçün nsan insana qatil,
Ən böyük fəlakəti odur yerə daşıyan.
Xoş soz demək yerinə dilindən zəhər tökur,
Yaxşı bilən ömrünü pislik ilə yaşayan.
Adam qorxur doğulub bu dünyaya atıla,
Bütov bir ömür demə gözlərində yuxusa.
İnsan bir çiçək kimi bu dünyada var olub,
Bir neçə saat qalır, bu boş ömür yox isə.
Yaş ötür öz- özünə hesab verirsən bu cür,
Nəyi harda səhv etdim, nəyi necə sınadın.
İnsan ömrü heç vədə olanı bağışlamır,
Demək boş keçən ömrün günlərini sanadın.
Sən də bəşər övladı mənim kimi acizsən,
Sanma indi etdiyin xəyanətlə ulusan,
Ruhumu parçalayan pisliyinlə öyünmə,
Mən də Allah quluyam, sən də Allah qulusan.
Aysel Fikrət


