"Ulduz Cup"da qrup oyunları başa çatıb
Avqustun 25-də Quba Olimpiya İdman Kompleksində 12 yaşlı futbolçular arasında startı verilən və sayca ikinci dəfə keçirilən 'Ulduz Cup" beynəlxalq turnirdə qrup oyunları baş çatıb. Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin, AFFA və "Ulduz" FK Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən bu turnirdə 7 ölkəni (Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Qətər) təmsil edən 12 klub üç qrupda ( "A", "B" və "C") mübarizəyə qatılıb. Turnirin ilk iki günü qrup oyunları keçirilib və bunla da 1/4 finalçılar müəyyənləşib. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan və qruplada üçüncü olan ən yaxşı 2 klub 1/4-ə yüksəlib.
Qruplarda yekun turnir cədvəli belə olub:
"A" qrupunda:
"Trabzonspor məktəbi" (Türkiyə) - 9 xal, "Ulduz" FA (Azərbaycan) - 6 xal, "Sduşorsi" (Qırğızıstan) - 3 xal, "Aspire Akademiyası" (Qətər) - 0;
"B" qrupunda:
"İstanbul Başakşeher " (Türkiyə) - 6 xal, "Bunyordkor" (Özbəkistan) - 6 xal, "Dinamo Tbilisi" (Gürcüstan) - 3 xal, "Qarabağ" FK (Azərbaycan) - 3 xal;
"C" qrupunda:
"Neftçi" PFK (Azərbaycan) - 5 xal, "Paxtakor" (Özbəkistan) - 4 xal, "Sabah" FK (Azərbaycan) - 4 xal, "Şaxtyor Qaraqanda" (Qazaxıstan) - 2 xal.
Bu gün isə turnirin 1/4 final mərhələsində aşağıdakı görüşlər keçiriləcək:
"Trabzonspor məktəbi" - "Sabah"
"Neftçi" - "Bunyordkor"
"İstanbul Başakşeher " - "Dinamo Tbilisi"
"Ulduz" FA - "Paxtakor '.
İNTİQAM Məmmədov


