AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:
Əkbər Qoşalı:
Tikanlar dil açsaydı...
Tikanlar dil açsaydı,
“Nöbətdəyik!” deyərdi.
Gül sevgiylə dərilsə,
“Cənnətdəyik” deyərdi.
Bəlkə güllər gec anlar,
Sirr saxlayar tikanlar...
Amma nadan güldanlar
Əlbəttə ki deyərdi...
Nə tikanlar, nə güllər,
Nə də əkib-dərənlər, -
Dərdi dərin çəkənlər
“Bir qismətdi” deyərdi...
Tikanlar dil açsaydı...


