Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Əhməd Qəşəmoğlu: 

Mənim şəhid şəhərim

İrəvanım!

mənim müqəddəs məkanım!

dövranın ögey vədəsi

nahaqdan gedən qurbanım...

 

Allahım!

qadağan eylədin

insanı qurban verməyi!

bəs minlərin vətənini?

bəs bir eli, bir şəhəri?

 

Dünyanı

öz bağ-bostanı bilənlərin fitvasıyla,

onların gözlərinin önündə,

tarixin dar günündə

İrəvanı talan elədilər!

Irəvanın tarixini, torpağını, daşını

gözlərinin yaşını

dağıtdılar, yandırdılar, güllələdilər...

 

qədim, gözəl bir şəhəri

yerlə yeksan elədilər...

 

mənim şəhid şəhərim!

şəhidin naləsin yer-göy götürməz!

 

sənin nalən yerdə qalmaz!

düşmən heç vaxt bu şəhərdə

qan üstündə xoşbəxt olmaz!

türk elləri durub baxmaz...

 

göylər də kömək eyləyər,

igid, məğrur övladların

bu tarixi, bu dövranı

ədalətin qüdrətiylə

məhvərindən silkələyər...

 

inşAllah ki, düşmənlərin

qarşında təzim eyləyər...

şəhidin naləsin yer-göy götürməz!

15.01.24

Best coffeeshop in Berlin