Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb

Naxçıvanda müayinəyə gələn hamilə Perinatal Mərkəzdə vəfat edib.

AZpress.AZ "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Aysel Taleh qızı Teymurova Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib və anidən halı pisləşib.

Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Best coffeeshop in Berlin