Sənan Nəcəfov:
Restoran çekdə "Qarabağ Azərbaycandır" yazmaqla rişxənd edir
Jurnalist Əlibəy Zeynallı yazıb:
"Hacıqabulda "QədirXum" restoranında spirtli içiki vermirlər, amma tək 2 şiş hinduşkaya 30 manat alırlar. Kababın üstünə səpilən soğan və göyərti qarşığının qiyməti belə ayrı hesablanır (3 manat). Hesaba baxın 40 man 90 qəpik. Spirtli versəniz bundan yaxşıdı. Soyğunçuluqdu. 4 manata şorabadan üfunət iyi gəlirdi. Din pərdəsi altında nələr etmirsiniz?"
Məncə...
- Bu restoran, çekdə "Qarabağ Azərbaycandır" yazmaqla rişxənd edir. Belə qiymətlərlə xidmət göstərən restoran müştərilərini başqa nə cür ələ salmalı, hansı formada qıcıqlandırmalıdır.
- Çeklərin üzərində o ifadə bundan sonra niyə yazılmalıdır ki?


