Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elməddin Behbud: 

Könül istər ki, metro stansiyalara "Oğuz", "Türküstan", "İrəvan" kimi milli adlar verilsin

Daşkənddə yeni açılan metro stansiyalarına "Turan" və "Qıpçaq" adları verilib. Könül istər ki, bizdə də metro şəbəkəsi paytaxtın quzey girişinə doğru genişləndirilsin və Xırdalan dairəsinə yaxın bir yerdə açılan stansiyaya "Oğuz", "Türküstan", "İrəvan", "Zəngəzur", "Turan", "Təbriz" və s. kimi milli adlardan biri verilsin.

Yeri gəlmişkən, Cənubi Qafqazda şəhərlərin ərazisinin ölçü nisbətini nəzərə alsaq SSRİ metrolaşmada ən az investisiyanı Bakı şəhərinə qoyub. Müqayisə üçün bildirirəm ki, ərazisi 300 kv. km yaxın olan İrəvanda 15, 400 kv. km yaxın ərazisi olan Tiflisdə 23, 2200 kv. km.-lik Bakıda isə 27 metro stansiyası var. Bakıdakı metro stansiyalarının 8-i isə müstəqilliyimizi bərpa etdikdən sonra istifadəyə verilib.

Best coffeeshop in Berlin