Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günəş Mərd: 

Yanımızda kimlərisə görüb aldanmayın biz hamımız təkik...

Bu gün metroda bir xanımın halı pisləşdi. Ortayaşlı biri idi. 5-6 nəfər başına yığışdıq. Bir təhər özünə gətirdik. 2-3 dəqiqə eləcə dayandı. Sonradan ağlaya-ağlaya danışmağa başladı. Evi, ailəsi, uşaqları, işi hərəsindən bir az. Təsəlli etməyə çalışsaq da, heç birimizi eşitmir eləcə danışırdı. Gördük xeyri yoxdu, susduq. Danışdı, danışdı, danışdı. Sonra gözlərini sildi. Yaxşıyam deyib durub getdi. Heç birimizə də icazə vermədi onunla getməyə.

Bu xanımın ancaq dinlənilməyə ehtiyacı var imiş elə bil. Bir çoxumuz kimi. İndi vəziyyət belədir. Heç kim, heç kimi dinləmir.

İş, ailə, əyləncə, pis gün, yaxşı gün və s. bütün proseslərdə hamı təkdir.

Nəsə baş verib. Eyni masa arxasında əyləşdiyimiz dostlar, eyni evdə yaşadığımız doğmalar, eyni hissi bölüşdüyümüz adamlar artıq bizimlə deyil. Vallah bizimlə deyil.

Yanımızda kimlərisə görüb aldanmayın biz hamımız təkik. Və ən pisi bizi heç kim dinləmir...

Best coffeeshop in Berlin