Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusevlə görüşüb.
Bu barədə səfir "X"də yazıb.
Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.
"Azərbaycanın Ukrayna ilə davamlı dəstəyinə və həmrəyliyinə görə minnətdaram", - deyə Y.Qusev vurğulayıb.


