YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Əli Əmirov:
Həkim-psixiatr Mayılxan Tağıyevin 75 illik yubileyi münasibətilə...
Sumqayıt Dostlar Klubunun İH üzvü, Respublikamızın Əməkdar Həkimi, T.e.f.d, həkim-psixiatr Mayılxan Tağıyevin 75 illik yubileyi (05.12.1948) münasibətilə.
Yaşı yetmişbeşi aşmışmı Mayılxan həkimin?
Bax hesabdarına, çaşmışmı, Mayılxan həkimin?
Bu cavan oğlana əlbəttə təravət yaraşır,
Ruhu cismiylə yarışmışmı Mayılxan həkimin?
Badəni qaldıraq, ey saqi, ömür-gün keçəcək,
Sevinib badəsi daşmışmı Mayılxan həkimin?
Qaldıraq, gəl onu, can sağlğığnı vəsf eləsin,
Zövq alaq, ilhamı coşmuşmu Mayılxan həkimin?
Canıyanandı, sevir dostlarını, biz də onu,
Canına sevgi daraşmışmı Mayılxan həkimin?
Dəli-divanə, deyir, olsaz, əlac eyləyərəm,
Əqli heç eşqə bulaşmışmı Mayılxan həkimin?
Vətənə, xəlqinə xidmət edərək yol gedir o,
Qədəmi heç, de, dolaşmışmı Mayılxan həkimin?
Qəzəl icad elədi dostuna şair Ələmi,
Şəninə, söylə, yaraşmışmı Mayılxan həkimin?
04.12.2023


