YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Kişilər qadınlardan daha intiqamçıdırlar
Qadınlar xoşagəlməz hadisələri mümkün qədər tez unutmağa çalışırlar, lakin yaxşı şeyləri çox yaxşı xatırlayırlar. Kişilər, əksinə, mənfilik və aqressivliklə əlaqəli olanları yaddaşlarında qoyurlar. Bu qənaətə Monreal Universitetinin tədqiqatçıları fotoşəkillərlə apardıqları təcrübədən sonra gəliblər. Təcrübə zamanı könüllülər müxtəlif şəkillərə baxarkən beyinlərini skan ediblər. Şəkili əvvəllər görmüşdülərsə, düyməni basmalı idilər. Bu, insanların hansı obrazları daha yaxşı xatırladığını anlamağa imkan verdi. Professor Marc Lavoie deyir: "Çox az araşdırma təcrübələrimizi nə qədər cəlbedici və ya iyrənc tapdığımızı və onların nə qədər emosional təhrikedici olduğunu təhlil edib". Testimiz fotoşəkillərə əsaslanırdı və biz gördük ki, onlar nə qədər emosional yüklənsələr, qadınlar onları əvvəllər görüb-görməmələrini müəyyən etməkdə bir o qədər yaxşı idilər. Bundan əlavə, qadınların müsbət təcrübələri kişilərə nisbətən daha yaxşı xatırladığı aşkar edilib”.


