Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Yusif Rzayev: Nazirlikdən incəsənət xadimlərinə susmaq əmri verilib?

Sən demə, təzə qayda qoyublarmış: Mədəniyyət Nazirliyinin tabeçiliyndə olan strukturların rəhbərlərinə tapşırıblar ki, nazirliyin aparatının, Mətbuat xidmətinin icazəsi olmadan heç bir mətbuat orqanına müsahibə, açıqlama verməsinlər. Belə şey olar? Mədəniyyət Nazirliyinin tabeçiliyndəki strukturlara rəhbərlik edən şəxslərin əksəriyyəti tanınmış, nüfuzlu, titullu, ziyalı adamlardır. Deyək ki, hüquq-mühafizə orqanlarında belə qaydanın olması onların fəaliyyət prinsipləri baxımından anlaşılandır. Amma hansısa mədəniyyət ocağı polis idarəsi, onun rəhbəri də polis rəisi deyil axı.Yaxşı deyiblər, qulaq gündə bir söz eşitməsə kar olar.

Best coffeeshop in Berlin