"Qarabağ" "Barselona"nın sabiq futbolçusu ilə danışıqlar aparır
"Qarabağ"ın heyətinə qatmaq istədiyi futbolçunun adı məlum olub.
Komanda Hollandiyanın “Fortuna Sittard” klubunda çıxış edən xorvatiyalı futbolçu Alen Haliloviçlə maraqlanır.
Ağdam klubu Türkiyənin "Trabzonspor" klubunun da diqqət mərkəzində olan 29 yaşlı hücumçu ilə danışıqlar aparır.
Xatırladaq ki, Xorvatiya “Dinamo”sunun yetirməsi 2014/2015 mövsümündə “Barselona”nın əvəzedici heyətində 30 oyunda 4 qol vurub. 2015/2016 mövsümündə o, Kataloniya klubunun əsas heyətinə düşsə də, debüt edə bilməyib və "Sportinq"ə icarəyə verilib. Forvard Xorvatiya millisində 10 oyun keçirib.


