Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

Ukraynaya niyə yardım edirik?

İtaliyanın paytaxtı Romada keçirilən Ukraynanın Bərpası Konfransında (#URC2025) Azərbaycan nümayəndə heyətinin də iştirak etməsi yaxşı haldır.

Nümayəndə heyətimiz sözügedən konfransda Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edərək, ölkəmizin Ukraynaya humanitar dəstəyini bundan sonra da davam etdirəcəyini bildirib.

Yeri gəlmişkən, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biridir.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından ötən 3 il ərzində Azərbaycan Ukraynaya dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla, dəfələrlə humanitar yardımlar göndərib.

Habelə, müharibədən əziyyət çəkən ukraynalı uşaqlar üçün ölkəmizdə tibbi və sosial-psixoloji reabilitasiya proqramı həyata keçirilir.

Eyni zamanda, Azərbaycan Ukraynaya minatəmizləmə sahəsində də yardım göstərir.

Ölkəmiz tərəfindən Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək çərçivəsində İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işləri artıq yekunlaşıb. İrpendə sosial təyinatlı 4 obyektin inşası ilə bağlı işlər davam etdirilir. Kiyev şəhərində isə uşaqlar üçün sığınacağın və parkın bərpası Azərbaycan tərəfindən maliyyələşdirilir.

Azərbaycan MDB ölkələri arasında yeganə ölkədir ki, Kremlin basqılarından, təhdidlərindən çəkinməyərək Ukraynaya bu cür açıq şəkildə və həm də davamlı olaraq humanitar yardım göstərir.

Putin Rusiyasının qeyri-dost addımlarına cavab addımlarımızdan biri kimi Ukraynaya humanitar yardımlarımız bundan sonra da davam etdiriləcək. Bu, sivil dünyanın bir parçası olduğumuzun təsdiqidir.

Best coffeeshop in Berlin