Yasin Benzia "Qarabağ"a qayıda bilər
Azərbaycanın "Qarabağ" futbol klubu iyunun 12-də yollarını ayırdığı Yasin Benzia ilə əlaqə saxlayıb.
Əlcəzairli yarımmüdafiəçi yeni kluba keçə bilmədiyi üçün Ağdam təmsilçisinə qayıtmaq imkanını nəzərdən keçirir. 30 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunun təklifinə baxmaq üçün vaxt istəyib.
Futbolçunun Azərbaycana qayıtma ehtimalı böyükdür.
Qeyd edək ki, Yasin Benzia 2023-cü ilin yanvarında "Qarabağ"a keçib. Təcrübəli futbolçu heyətində 104 rəsmi oyuna çıxıb, 28 qol vurub, 25 məhsuldar ötürmə edib.


