Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Fidan Əhmədova Afitab:

BİRAZ DA FİZİKADAN YAZIM 

Generator yaradır. Transformator ötürür. Yüksəldici transformatorlar var birdə alçaldıcı transformatorlar var. Açar dövrəni qapayıb açır. Əriyən qoruyucu dövrədə normadan artıq cərəyan olanda özü əriyərək dövrəni qoruyur. Voltmetr gərginliyi ölçür. Ampermetr cərəyan şiddətini ölçür. Ommetr müqaviməti ölçür. Reostat dövrədəki cərəyanı artırıb azaltmaq üçündü. 
Bütün bu keyfiyyətlər bir insanda mövcud olmalıdır. Yaşadığı cəmiyyət üçün generator kimi elm, əxlaq, mədəniyyət mənbəyi olmalıdır. Yaradan olmalıdır. Transformator kimi gözəl keyfiyyətləri yüksəldərək ötürməli, mənfi keyfiyyətləti alçaldmalıdır. Açar olmalıdır yaşadığı toplum üçün. Ehtiyac olan anda mənəvi enerji mənbəyi ilə birləşdirməlidir öz dövrəsini. Əriyən qoruyucu olmalıdır, dövrəsi üçün təhlükə olanda özünü fəda etməyi bacarmalıdır. Voltmetr olmalıdır dövrəsindəki gərginliyi daim ölçə bilməlidir. Ampermetr olmalıdır dövrəsindəki cərəyanı, mənəvi qidanı daim ölçə bilməlidir. Ommetr olmalıdır dövrəsindəki irad və təklifləri (müqaviməti) daim ölçə bilməlidir, onları görə bilməlidir. Reostat olmalıdır dövrəsindəki müqavimətə (irad və təkliflərə) uyğun şəkildə cərəyanla (mənəvi qida ilə) təmin etməlidir öz dövrəsini..

Best coffeeshop in Berlin