Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların qarışıq komanda yarışı başlayır 

Macarıstanın paytaxtı Budapeştdə kişi və qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi dünya çempionatı artıq finişə yaxınlaşıb. Qeyd edək ki, 7 günlük fərdi yaşayışlarin ardından bu gün mundialda qarışıq komanda yarışları keçiriləcək. 1/8 finaldan startı veriləcək bu yarışda Azərbaycan da daxil olmaqla 16 komanda mübarizə aparacaq. ACF-dan verilən məlumata görə, Azərbaycan millisi ilk görüşdə Almaniya ilə qarşılaşacaq.

Yeri gəlmişkən, yiqmamizin məşqçilər korpusu heyətə aşağıdakı cüdoçuları cəlb edib: Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsayev, Uşanqi Kokuari ( hər ikisi +100 kq), Gültac Məmmədəliyeva, Fidan Əlizadə ( hər ikisi 57 kq), Aytac Qadasxanli və Nigar Süleymanova ( hər ikisi +70 kq).

Xatırladaq ki, Azərbaycan fərdi yaşayışlarda 3 bürünc medalla 93 iştirakçı komanda arasında 14-cü olub.

Medallar isə Zelim Tckayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsayevin (100 kq) payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin