YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Hümbət Həsənoğlu:
Siqaret və kötüyü
(esse)
Bir insan ictimai yerdə, hamının gözü qarşısında siqaret cəkir. Hamımız da bilirik ki, 600 zərərli və cox zərərli maddələri olan bu siqaret insanımızı, vətəndaşımızı, azərbaycanlımızı tədricən məhv edir.
Heç birimiz də ona yaxınlaşıb demirik ki, qurban olum, başına dönüm, bu zibili çəkmə, bu başdan-ayaga zəhərdir, bundan yalnız siqaret mafiyası bəhrələnir.
Tədricən ölür, özü bilər, şəxsi işidir.
Bu insanımız cəkdiyi siqaretin kötüyünü yerə atsa, elliklə ona qarşı cıxmaga hazırıq. Bu artıq onun şəxsi işi deyil, bu hamımızın işidir.
Bütün dünyada da belədir. Siqaret çəkə bilərsən, ayrılmış yerdə cəksən, hec bir problemin yoxdur. Nə qədər istəyirsən, cək. Amma kötüyü yerə atsan, ciddi cərimələnərsən. Siqaret cəkmək şəxsi işindir, kötüyünü yerə atmaq isə şəxsi işin deyil!
Deyirəm ki, bəlkə elliklə insanımızı, vətəndaşımızı, azərbaycanlımızı da siqaret kötüyü qədər dəyərləndirib onun siqaret çəkməyinin əleyhinə olaq?
Onda insanlarımız da saglam olar, kücələrimiz də təmiz. Bəlkə mən nəyisə düzgün anlamıram?
Hümbət Həsənoğlu


