Azərbaycan millisi Millətlər Liqası mövsümünü Litva ilə oyunla başa vuracaq
Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında cari mövsümdə son oyununu keçirəcək.
C Liqasının 4-cü qrupunda çıxış edən komandamız Litva futbolçularını qəbul edəcək.
Bayıl stadionunda baş tutacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, 5 xalı olan Azərbaycan millisi ikinci pillədə qərarlaşıb.


