Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ,Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti , Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı 24 may tarixində Xətai Rayon İcra Hakimiyyətinin qarşısında  öz işinə başlayacaq.
Şüar-Azərbaycan səni sevirəm!Mövzu-Mənim gözlərimlə Azərbaycan! olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsınə xıdmət məqsədılə elan olunmuşdur!
Festival cərçivəsində elan olunmuş müsabiqəyə Azərbaycandan və bir çox xarici ölkələrdən,.o cümlədən, ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin,Peru, Hindistan və Miyanmar ölkələrindən olmaqla  2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılmışdır və ümumilikdə 13,14,15,16  may tarixlərində  keçirilən  sərgilərdə 900-ə yaxın əsər sərgiləndi və əsəri sərgilənən iştirakçılara sertfikat  təqdim olundu.
Əcnəbilər tərəfindən email poçta göndərilən əsərlər arasından seçilmiş əsərlər tərəfimizdən çap olunaraq çərçivədə olmaqla sərgiləndi, həmçinin, müəlliflərə diplom və sertifikatlar göndərildi.

Festival iştirakçıları:

Allahverdi Ayan 2013             İdrak Liseyi
Abbaszadə Əsnad 2010          4  № UGİM
Abdullazadə Əsmər-2010       3№ UGİM
Abdürrəhmanova Şəfa 2006    məktəb  bitirib
Babayeva  Rəmziyə 2011          Humartar Studio,  200 № MLK
Bədəlli Banu 2014  Humanitar fənlər təmayüllü məktəb-lisey
Əhədzadə  Şəms   2009     5 № UGİM
Əhmədova Səbirə 2009 ADRA nəznində İncəsənət kolleci
Ələkbərova Könül 2007    Sumqayıt 1 № UGİM
Əliyeva Fidan 2014 Lökbatan qəsəbə Smart Education Piramida 
Əliyeva Rüqəyya 2016        Yeni Şəfəq Tədris Mərkəzi
Əsədli Aysu 2012 Sumqayıt 1 № UGİM
Əsgərova Yasəmən 2011 F.Əmirov adına 6№ məktəb
Heydərova Aysun 2005  Əzim Əzimzadə adına kollec
İbrahimova Aysu  2008    Abuturent
Kərimli  Nərmin 2011  Masallı Onbirillik incəsənət məktəbi
Kərimova Məryəm  2013 Ağdaş Dövlət  Rəsm Qaleriyası
Qasımlı Zəhra 2012 297 № tam orta məktəb
Qasımova Gülbəniz 2009     313 № tam orta məktəb 
Mələk Məlikova 2006   Afa art school
Məmmədli Banu 2015   300 №  tam orta məktəb
Məmmədova Məsumə 2016     Creative Lab
Mirzəyeva İnci  2014               3 № UGİM 
Muradlı Gülnaz 2013  Neftçala şəhər UİM
Rəhimov Feyruz 2007  AZMİU
Rəhimova Emilya 2011    3 № Uşaq evi
Rəhmanlı Almazxanım 2012    156 № məktəb
Rüstəmova Gülüş 2012 Əmircan qəsəbəsi 84 №  məktəb
Səfərova  Humeyra  2014  rəsm dərnəyi
Şabanova Polina 2008  Lənkəran şəhər 4 № məktəb-lisey
Şükürlü Əzizə 2011 XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 
Zeynalova Ayan 2008   179 №  məktəb

Festivalin gündəliyi

10:00   Təntəli açılış
10:30   Musiqi səhnələri və festivala seçilmiş uşaqların performansı
13:20   Nahar fasiləsi 
14:00   Rəssam  Akif Yarışovun ustad dərsi
17:00   Festival iştirakçılarına mükafatların təqdimatı və festivalın bağlanışı

Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər,  həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.  

Best coffeeshop in Berlin