Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Birinci Qarabağ müharibəsi şəhidi Elşən Arzumanovun nəşi Qubada dəfn edilib

Quba rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Elşən Arzumanovla vidalaşıblar.

Şəhidin cənazəsi Qubadakı Şəhidlər Xiyabanında yenidən torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elşən İsaməddin oğlu Arzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Best coffeeshop in Berlin