Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan yığması evdə AK-ni ikinci yerdə bitirib

4-5 aprel günlərində Gəncə İdman Sarayında yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə keçirilən Avropa Kubokuna yekun vurulub. İki gün davam edən turnirin ilkinci günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günündə 13 (1-4-8) medal qazanan Azərbaycan yığması ikinci gün daha 11 (2-1-8) medal qazanmaqla aktivindəki medalların sayını 24-ə (3-5-16) çatdırıb. Bu göstərici isə Azərbaycan komandasına ümumi komanda hesabında ikinci yeri tutmaq imkanı verib. 

İkinci gündə də bir Azərbaycan finalı baş tutub. 73 kq çəkidə Yusif Nəzərovla Sadiq Məmmədov qarşılaşıb. Görüş Yusifin qələbəsi ilə bitib. Maraqlıdır ki, bu çəkidə daha bir təmsilçimiz - Akif Məmmədli isə bürünc medala sahib olub. Bununla da 73 kq-da Azərbaycan bir dəst medala yiyələnib. Günün ikinci qızılını Yaqub Məmmədov (81 kq) qazanıb.  Son günün bürünc medalları isə Polad Həsənli, Amin Mehtiyev (hər ikisi 81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi + 90 kq) və Məsumə Məmmədlinin (70 kq) aktivinə yazılıb .

Xatırladaq ki, AK-da Azərbaycan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Portuqaliya, Türkiyə və ABŞ-dan olan 289 (180 oqlan və 89 qız) cüdoçu 16 çəki dərəcəsində mübarizə aparıb. 

Ev sahibi olan Azərbaycan isə turnirə 127 idmançı ilə qatılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin