ABL-da 1/8 finalın ilk oyunları keçirilib
3-4 aprel günlərində kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələnin (1/8 final) ilk oyunları keçirilib. Həmin oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Quba" - "Şəki" - 89:101;
"Naxçıvan" - "Sərhədçi" - 98:87;
"Gəncə" - "Lənkəran" - 91:59;
"NTD Baku" - "Sumqayıt" - 121:107.
Bu mərhələdə növbəti oyunlar 6-7 aprel günlərində keçiriləcək. Reqlamentə görə 1/8 final mərhələsində ən tez 2 qələbə qazanan klub adını 1/4 finala yazdıracaq.
Yeri gəlmişkən, 1/4 finala yüksələn klublara "Sabah", "Abşeron Lions", "Neftçi" və "ORDU" klubu qatılacaq.
İNTİQAM Məmmədov


