Gəncədə yeniyetmə cüdoçuların AK start verilib
Aprelin 4-də Gəncə İdman Sarayında yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə Avropa Kubokuna start verilib.
ACF-dən verilən məlumata görə, iki gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Portuqaliya, Türkiyə və ABŞ-dan olan 269 (180 oqlan və 89 qız) cüdoçu 16 çəki dərəcəsində mübarizəyə qatılıb. Azərbaycan ev sahibi olaraq, turnirdə 127 cüdoçu ilə təmsil olunur.
Turnirin ilk günü çəkisi 50, 55, 60 və 66 kq olan oqlanlar və çəki dərəcəsi 40, 44, 48 və 52 kq olan qızlar tatamiyə çıxıblar.
İNTİQAM Məmmədov


