Alessandro del Pyero İtaliya millisini tənqid edib
İtaliya yığmasının sabiq forvardi Alessandro del Pyero "Skuadra Adzurra"ni DÇ-2026-nin 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün tənqid edib. "Sky Sport"a açıqlama verən del Pyero belə deyib: "İtaliya millisinin mundiala gedə bilməməsi birincisi hamı üçün şok oldu. İkincisi bu hadisə bir kabusa döndü. Üçüncüsü isə, bu heç nə ilə bəraət qazandırmaq mümkün olmayan biabırçılıqdı".
Xatırladaq ki, son dəfə DÇ-2014-də iştirak edən İtaliya millisi ardıcıl olaraq 3 mundialdan kənarda qalıb.
İNTİQAM Məmmədov


