"Qartallar" ölkə çempionatınin zirvesini fəth edib
Mini-futbol turniri Azərbaycan çempionatının 2025/2026-ci illər mövsümünə aprelin 3-də baş tutan həlledici final və bürünc medal uğrunda keçirilən görüşlə yekun vurulub. 7 ay davam edən yarışın qalibi adını final matçında "Birbaşa Bakı" klubunu böyük hesabla məğlub edən "Zirə" qazanıb. Bununla da "qartallar" uzun illər onun üçün əlçatmaz olan ölkə çempionatının zirvəsini ilk dəfə fəth edib. O, həm də "Birbaşa Bakı"-nın çempionatdakı hegemonluğuna son qoyub.
Çempionatda üçüncü yeri isə "Aznur" qazanıb. Bu klub bürünc medal uğrunda görüşdə "Sumqayıt" komandasını üstələyib.
Çempionatın yekununda müxtəlif nominasiyalar üzrə ən yaxşılar da elan edilib.
Ən yaxşı qapıçı adına Ağaseyid Qasımov, ən yaxşı oyunçu adına Rəvan Kərimov (hər ikisi "Zirə") layiq görülüb. Çempionatın ən məhsuldar oyunçusu isə Əsgər Alışanov ("Aznur") olub.
İNTİQAM Məmmədov


