Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan 

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müxalifətin ölkənin təhlükəsizlik təminatçısına ehtiyacı olduğu barədə fikirlərinə münasibət bildirərkən diqqətçəkən açıqlama verib.

AZpress.AZ xəbər verir ki, spiker jurnalistlərə açıqlamasında Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Azərbaycan olduğunu vurğulayıb.

Simonyan əlavə edib ki, müxtəlif qüvvələr Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi qarşıdurmaya cəlb etməyə çalışır:

“Bir çox qüvvələr bizi yenidən müharibəyə sürükləmək istəyir. Lakin bu cəhdlərin qarşısı alınmalıdır”, - o bildirib.

Best coffeeshop in Berlin