Azərbaycan Kubokunda rekord qeydə alınıb
Azərbaycan Kuboku son illərdə rekord sayda tamaşaçı sayına çatıb.
"Qarabağ" və "Sabah" arasında keçirilən yarımfinal matçına 21.000 tamaşaçı qatılıb.
Bu, Peşəkar Futbol Liqasının (PFL) himayəsi altında keçirilən turnirlər arasında son 10 mövsümün ən yaxşı nəticəsi olduğu bildirilir.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə heç-heçə ilə başa çatıb.


