Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Olmaz

Yarın sənə bir busə verə, qiyməti olmaz,
Qəlbindəki sən olmasam, heç ləzzəti olmaz.

Gəldin evə, de: Sevgili yarım,nə gözəlsən!
Can söyləməsən yarə, sənə rəğbəti olmaz.

Görsən ki,töküb qaş-qabağın,fənd ilə dindir,
Dad olmaz o nemətdə, əgər zəhməti olmaz.

"Can ver elə cananə ki, ilqarı gözəldir*",
Naz etsə əgər, xətrinə dəymək, qəti olmaz!

Allahımızın nemətidir sevgi-məhəbbət,
Eşq olmasa heç yerlə göyün vəhdəti olmaz.

Daş parçasıdır yerdə məhəbbətsiz olanlar,
Nə qeyri bir aləmdə onun cənnəti olmaz.

Eşqində vəfa sahibi ol sən də, Məhəmməd,
Öz xaliqini sevməyənin rəhməti olmaz.

Məmməd Əvəzoğlu.16.03.2026.
*Əliağa Vahid

Best coffeeshop in Berlin