İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini vurdu
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan bazasına edilən raket və PUA hücumu zamanı zərər gördüyünü əks etdirdiyi iddia olunan yeni görüntülər yayılıb.
Görüntülərdə son həftələrdə həmin bazada yerləşdirilən “81-0005” bort nömrəli təyyarənin əks olunduğu ehtimal edilir.
Məlumata əsasən, hücumdan əvvəl ABŞ-nin istifadəyə hazır cəmi 16 belə təyyarəsi olub və onların operativ əvəzlənməsi çətin hesab olunur. The Wall Street Journal yazır ki, alternativ kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin dəyəri təxminən 700 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, “E-3 Sentry” hava məkanının uzaq məsafədən izlənməsi, raket və pilotsuz aparatların aşkarlanması, eləcə də əməliyyatların koordinasiyası üçün istifadə olunur.


