Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rasim Sadıxov:

Fotojurnalistika ölməyib sadəcə sosial şəbəkəyə köçüb

EDNews TV-nin qonağı bu dəfə ömrünü obyektiv arxasında tarix yazmağa həsr edən fotojurnalist, veteran sənətkar Rasim Sadıxov oldu.

O, sadəcə şəkil çəkmədiyini, hər kadrın bir yaddaş, bir sübut, bir tarix olduğunu vurğuladı. Əsl sənətkarın necə olmalı olduğunu izah edən Rasim Sadıxov, bəzən bir foto üçün həyatını riskə atdığı anlardan danışdı, çünki onun üçün əsas olan “anı tutmaq” deyil, o anı gələcək nəsillərə çatdırmaqdır.

Müsahibə zamanı o, çəkdiyi fotoların bir çoxunun artıq tarixə çevrildiyini, həmin kadrların isə bu gün cəmiyyət üçün vizual yaddaş rolunu oynadığını qeyd etdi. Risk, məsuliyyət və sənət — bu üç anlayış onun yaradıcılığında ayrılmaz bir bütöv kimi təqdim olundu. Bu müsahibə bir daha göstərdi ki, fotoqrafiya sadəcə sənət deyil. Bu, zamanın dondurulmuş həqiqətidir.

Best coffeeshop in Berlin
https://youtu.be/ybz-WZT3gXw