Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mahir Süleymanov: 

BU MÜKAFAT TƏK MƏNƏ AİD DEYİL..

Şamaxıda nəşr olunmuş "Yeni Şirvan" qəzeti də 150 yaşlı milli mətbuatımızın bir səhifəsidir. Hələ orta məktəbdə oxuyarkən əziz müəllimimiz Süleyman Zərbəliyevin, qardaşım Məzahir Süleymanzadənin məsləhəti ilə bu qəzetin redaksiyasına ayaq basmışam, burada Qürbət müəllimin, Səməd müəllimin qayğısını görmüşəm.

"Yeni Şirvan"la əməkdaşlıqdan başlanan yol sonralar məni BDU-nun jurnalistika fakültəsinə gətirdi. "Sovet kəndi", "Bakı", "Ülfət", "Respublika", "Aydınlıq", "Səhər", "AFFA nyus", "Azərbaycan Ordusu" qəzetlərinin redaksiyalarında çalışdım. Böyük ustadlardan çox şey öyrəndim. Müharibə vaxtı döyüşən orduda belə qələmimi yerə qoymadım...

Jurnalist fəaliyyətimdə idman, xüsusilə futbol mövzusu ayrıca yer tutur. Çoxlu xəbər və reportajın müəllifi olmuşam, nəfis şəkildə rəngli futbol proqramlarının, təqvim-məlumat kitablarının hazırlanmasında yaxından iştirak etmişəm. İki ildən çox müddət ərzində "İnter" İdman Klubunun mətbuat katibi vəzifəsində işləmişəm...

Demək, milli mətbuatımızın keçdiyi 150 illik yolda bəndənizin də izi var.

Böyük izlər içindən mənim də xırda izimi axtarıb tapdıqlarına görə diqqətcil dostlara minnətdaram!

Bu mükafatı isə bütövlükdə mətbuat tariximizdə özünəməxsus yeri olan "Səhər" qəzetinə, redaksiyanın bütün kollektivinə verilmiş yüksək qiymət kimi dəyərləndirirəm.

* * *

Ибрахим Рустемли

Təbrik edirəm, Mahir bəy, halal haqqındır. Sənin mətbuatımızda əziyyətin böyükdür, qardaş...

 

Giya Paçxataşvili

Bəli, sənə verilən bu Medal- ədalətin təntənəsidir, çox lap çox sevindim.SƏNİN əziyyətlərinin canlı şahidiyəm, Eşq olsun Amin Amin yenə də Amin!

 

Knyaz Aslan

Dəyərli qardaşımız, peşəkar jurnalist Mahir Süleymanov ən yüksək mükafatlara halal haqqı olan insandır. Mübarək olsun!

 

Yaqub Babalar

Hər ikinizi təbrik edirəm, dosum. Səni uğurlarına görə, Medalı isə doğru ünvan tapdığına görə.)

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin