Azərbaycan rejissoru Macarıstanda keçirilən 10-cu MITEM Beynəlxalq teatr festivalına dəvət alıb
Teatr rejissoru, Azərbaycanda ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin direktoru Tərlan Rəsulov bizim ölkəni Budapeştdə keçirilən MITEM Beynəlxalq teatr festivalında təmsil etmək dəvətini almışdır.
Qeyd edək ki, bu ilin aprel ayında Tərlan Rəsulov ölkəmizi Macarıstanda Beynəlxalq Teatr Olimpiadasında təmsil edən yeganə rejissor olmuşdur.
Tərlan Rəsulov sözlərinə görə: “Olimpiadanın miqyası möhtəşəm idi, burda 50 ölkədən 750-dən artıq tamaşa yalnız Budapeştdə deyil, həmçinin, Macarıstanın digər şəhərlərində də nümayiş olunurdu. Olimpiada dörd ildə bir dəfə keçirilir. Haçansa Azərbaycanın da belə tədbirə ev sahibi olması arzuolunandır. Bizim teatrın təcrid olma vəziyyətini aradan götürmək lazımdır. Azərbaycan teatrının bütün güclü tərəflərini digər ölkələrin teatr xadimləri və tamaşaçılarına təqdim etmək üçün bizdə hər bir – insan, maliyyə resursları, təşkilati imkanlar mövcuddur”.
Teatr Olimpiadasının son akkordu kimi MITEM festivalı olacaq. Bu tədbirin zəngin proqramına teatr konfransı, disputlar və dəyirmi masa müzakirələri daxil edilmişdir. Bundan başqa Fransa, Almaniya, Çexiya, SLovakiya, Gürcüstan və digər ölkələrdən əlamətdar tamaşaların, o cümlədən, Macarıstan milli teatrının nümayişi nəzərdə tutulmuşdur.
2014-cü ildə əsası qoyulmuş festivalın məqsədi Macarıstanı dünya teatr xəritəsinə daxil etmək və onu peşəkarları və teatrsevərləri özünə cəlb edən bir məkana çevirməkdir.
Son illər ərzində festival çərçivəsində 30 ölkədən 200-dən artıq tamaşaya baxa bilmişdilər. Teatr rejissoru və festivalın təsisçisi Attila Vinyanskinin sözlərinə görə festivalın ən vacib məqsədi siyasətin məhv etdiyi mədəni körpülərin bərpasıdır. Onun deiyi kimi: “Biz öz milli teatr ənənəsini tapmaq və yeniləndirmək niyyətinə xidmət edən tamaşa və yaradıcı insanları axtarırıq.”
---
Tərlan Rəsulov - Azərbaycan teatr rejissoru, Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının, yaradıcısı və rəhbəri, spontan aktyorluq metodunun müəllifi, Aktyor və rejissor hazırlığı üzrə Eksperimental Teatr laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tərcüməçi, prodüser. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. UNİSEF, UNHCR, Goethe İnstitutunun, Britaniya Şurası və digərlərinin nızdində sosoal layihələrin rəhbəri. Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı. EURODRAM — dram əsərlərinin tərcümə şəbəkəsinin (European network for drama in translation) üzvü. Şərqi Avropa Teatr Sənəti Platformasının (East European Performing Arts Platform) üzvü. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvü. The Theatre Times beynəlxalq internet portalın Azərbaycan tərəfindən Regional İdarəçi Redaktoru. https://az.wikipedia.org/wiki/Tərlan_Rəsulov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.