Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib
Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İstiqlal marşı səsləndirildikdən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin yeni 100 ilə inamla qədəm qoyduğunu bildirib.
Türkiyənin son illər inkişaf edərək dünyada böyük güc mərkəzinə və söz sahibinə çevrildiyini vurğulayan diplomat ölkəsinin mühüm beynəlxalq məsələlərin həllində fəal iştirak etdiyini qeyd edib.
Cahit Bağçı Türkiyənin getdikcə gücləndiyini, müdafiə sənayesi sahəsində inkişafının 80 faizə çatdığını və dünyada böyük söz sahibinə çevrildiyini diqqətə çatdırıb. "İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir. Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanmasını dəstəkləyir. Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır", -deyə türkiyəli diplomat vurğulayıb.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Zəfər bayramı münasibətilə təbrik edərək, bu möhtəşəm qələbənin Türkiyənin şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan general-polkovnik əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib.
Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələrin hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Kərim Vəliyev bildirib ki, iki ölkə orduları arasında Baş qərargahlar səviyyəsində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetinin iştirakı ilə keçirilən təlim, döyüş hazırlığı, hərbi təhsil və digər tədbirlərin sayının artırılması nəzərdə tutulub.
Türkiyənin Zəfər bayramının qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən Kərim Vəliyev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdıran general-polkovnik deyib: "Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".
Sonda Zəfər bayramı münasibətilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin təbrik məktubu və film nümayiş olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.