Yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30...Bakının üzərini qara buludlar aldı. Həmin qara buludlar keçmiş Sovet İttifaqına məxsus qoşunlar idi. Tarixin yaddaşına "QANLI YANVAR" kimi düşən bu faciə tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Keçmiş SSRİ-də davam edən durğunluq artıq böhranla əvəz olunmağa başlamışdı. Hökümətin vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün heç bir tədbir görməməsi insanlar arasında narazılıqların genişlənməsinə, digər tərəfdən isə Qarabağdakı siyasi vəziyyət gərginliyin artmasına səbəb olmuşdu. Sovet rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər üç mərhələ şəklində:
Birinci mərhələ 1905–1920-ci illər;
İkinci mərhələ 1948–1953-ci illər
Üçüncü mərhələ 1988–1992-ci illərdə baş vermişdir.
Və beləliklə azərbaycanlıların kütləvi və sürətli şəkildə Qərbi Azərbaycan(indiki Ermənistan) ərazisindən qovulması yanvar faciəsinə yol açdı. Şaxtalı yanvar gecəsində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakı və Azərbaycanın bir neçə rayonlarında qətliamlar törətdilər. Sovet ordusunun sovet şəhəri olan Bakıya qoşun yeritməsi SSRİ tarixində bir ilk olaraq tarixə qarışdı. Sovet əsgərləri şəhərə ağır texnikalar yeridərək küçələrə axışan mülki şəxsləri amansızcasına qətlə yetirirdilər. Tək Bakı ilə yanaşı eyni zamanda Lənkəran və Neftçalada da insanlar qətlə yetirildi. Sovet qoşunlarının qanunsuz şəkildə “Zərbə” kod adı verilən hərbi müdaxiləsi əsasında Bakı və ətraf rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər isə yaralanmışdır. Uçuruma doğru gedən SSRİ müstəqilliyə doğru yol alan Azərbaycanın müstəqil olmasını həzm edə bilmirdi. Bunun üçün də Sovet İttifaqının son illərində dövlətə başçılıq etmiş Yevgeni Maksimoviç Primakov əgər Azərbaycan İttifaqdan çıxarsa əks təqdirdə Bakıya hərbi müdaxilə edəcəyi barədə xəbərdarlıq etmişdi. Və belə də oldu...Sovet ordusu şəhər sakinlərinə sözün əsl mənasında müharibə aparıb. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq və xalqa mənəvi zərbə vurmaq məqsədi daşımaqdan ibarət idi. Tank önünə bir-birinə zəncirlənmiş şəkildə çıxan əhaliyə divan tutulmuş, təcili tibbi yardım, ictimai nəqliyyat və barrikadaların üzərindən keçərək qəddarlıq nümayiş etdirilmişdir. Qanlı Yanvar faciəsi ağır bəşəri cinayətdir. Bakıda Moskvanın hakimiyyəti bərpa edilərək şəhər nəzarət altında alındı. Bu qətliam hadisəsi "BöyüK Rus İmperiyası"nın tarixdə sonunun başlanğıcı oldu. 20 Yanvar faciəsi bir tərəfdən Azərbaycanda müstəqillik hərəkatını sürətləndirməklə yanaşı, digər tərəfdən də SSRİ- yə ciddi zərbə vurdu.
Xəlil Rza Ulutürk "Azadlıq" adlı şeirində 20 Yanvar şəhidlərinin öz canlarından keçərək milli birlik nümayiş etməklərini dahicəsinə qeyd etmişdir:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb gibi, dərman gibi
İstəyirəm
SƏMA gibi,
GÜNƏŞ gibi,
CAHAN gibi!
Çəkil, çəkil, ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!
Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqa qarşı törədilən terroru qəti şəkildə pisləyərək M.Qorbaçovu açıq şəkildə ittiham etməklə yanaşı qoşunların Bakıdan dərhal çıxarılmasını tələb etdi. Faciə qurbanları 1990-cı il yanvarın 22-də Bakıda dağüstü parkda müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olundular. 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyasında 1990-cı il 20 Yanvar tarixində baş verən faciədə insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz kimi qiymətləndirilərək, 1994-cü ilin mart ayında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.
2000-ci ildə isə ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olundu və yanvarın 20-si Azərbaycanda Ümummilli hüzn günü elan edildi.
Əfsuslar olsun ki, rus ordusunun oyunları "20 YANVAR"dan başlayaraq bu gün də davam etməkdədir. Qarabağda baş verən hadisələr bunu bir daha sübut edir. Ermənistanın fitvası ilə törədilmiş hər bir cinayət cavabsız qalmayacaq. Qanı bahasına da olsa müstəqilliyimizə qovuşmuşuq. 33 il öncə başlayan davamız hələ də aktual olaraq qalmaqdadır. Rusiya sülhməramlı kontingenti onlara verilən vəzifədən sui- istifadə edərək layiqincə yerinə yetirmirlər. Sözdə rədd etsələr də, əməllərində Sovet ordusu mifini yenidən gündəmə gətirməklə məşğuldurlar....Bir yalan kifayət qədər təkrarlansa, hər kəs ona inanacaq...
Vətən uğrunda şəhid olanlar heç zaman unudulmur.
Vətən sizinlə qürur duyur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.