AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb.
Qəzetin xüsusi buraxılışı “Heydər Əliyev İli” çərçivəsində AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfransın materiallarına həsr olunub. Xüsusi buraxılışda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri”, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “Heydər Əliyev və mətbuat siyasəti”, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu”, Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlətçilik ideyaları” mövzularında məruzələri oxuculara təqdim edilir.
Həmçinin AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Heydər Əliyev və Azərbaycan incəsənəti”, professor Nadir Məmmədlinin “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, tarix elmləri doktoru Eynulla Mədətlinin “Heydər Əliyevin “bir millət - iki dövlət” düsturu Azərbaycan-Türkiyə birliyinin strategiyasıdır” və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələrinin geniş variantı xüsusi buraxılışda yer alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.