AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çapdan çıxıb.
Bu xəbəri paylaş
Şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun yeni monoqrafiyası “Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” adlanır.
Monoqrafiya Böyük Qafqazın və həmsərhəd ərazilərin (Azərbaycan hüdudlarında) landşaft müxtəlifliyinin elmi-metodiki məsələlərinin kartoqrafik tədqiqat metodunun tətbiqi ilə öyrənilməsinə, kartoqrafik landşaftometriyanın inkişafına və landşaft xəritəçiliyinə həsr olunub.
Kitabdan kartoqraflar, coğrafiyaçılar, landşaft morfometriyası və xəritəçiliyi ilə məşğul olan landşaftşünaslar, həmçinin torpaqşünaslar, geobotaniklər, ali məktəblərin müəllimləri, fiziki coğrafiya, kartoqrafiya ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və digərləri yararlana bilərlər.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !