Simone Xalep Romada "Masters"i -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Romada (İtaliya) qadınlar arasında tennis üzrə keçirilən və mükafat fondu 2.098.290 dollar olan "İnternazionali BNL d’Italia" turnir başa çatıb. Turnirin finalında dünyanın 2 nömrəli qadın raketka ustası olan rumıniyalı Simona Xaleplə turnirin ötənilki qalibi, dünya reytinqində 4-cü yeri tutan Karolina Plişkova (Çexiya) qarşılaşıb. Qarşılaşmanın birinci seti Xalepin 6:0 hesablı qələbəsiylə bitib. İkinci setdə isə hesab 2:1 Xalepin xeyrinə olduğu zaman Plişkova ayağından ciddi zədə alıb və kortu yarımçıq tərk edib. Nəticədə rumıniyalı tennisçi turnirin qalibi olub. Bu sayca onların arasında 12-ci görüş olub. Ümumi hesab 8:4 Xalepin xeyrinədir. Xatırladaq ki, Xalep 2017 və 2018-ci illərdə də bəlli turnirin finalşısı olub. Amma hər iki finalda uduzub.
İNTİQAM Məmədov
Bu xəbəri paylaş



