"Sportinq" FK Ronaldunun adını akademiyaya verib -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Lissabonun (Portuqaliya) "Sportinq" futbol klubu sabiq futbolçusu, hazırda "Yuventus"da (İtaliya) forma geyinən Kriştianu Ronaldunun adının əbədiləşdirmək məqsədi ilə klubun akademiyasına onun adını verib. Xatırladaq ki, Kriştianu Ronaldu 1997\2003-cü illərdə məhz "Sportinq"də oynayıb və oaradan da "Mançester Yunayted"ə transfer edib. Lissabon klubunun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, bundan sonra akademiya Portuqaliyanın futbol tarixinin, eləcə də dünyanın ən yaxşı futbolçusu olan Ronaldunun adını daşıyacaq. "Hesab edirik ki, akademiyanın dünya şöhrətli bir futbolçunun adını daşıması xeyli işə yarıyacaq. Ən əsası da akademiyada olan gənc futbolçular bundan daha da ruhlanacaqlar" - klubun yaydığı məlumatda belə deyilir. Bir məqamı da qeyd edək ki, hələ 2019-cu ilin oktyabrında "Sportinq"in prezidenti Frederik Varandaş hətta futbolçunun şərəfinə olaraq, klubun adını dəyişməyi bildirib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş



