Vidal "Barsa"yla vidalaşıb - -FOTO=4(AZpressAZ) İNTİQAM Məmmədov

Vidal "Barsa"yla vidalaşıb -FOTO=4(AZpressAZ) İNTİQAM Məmmədov

""Barselona"nın çilili yarımmüdafəçisi Arturo Vidal öz instaqram səhifəsində "göy-narıncılılar"la vidalaşdığını paylaşıb. "Mən bu gün "Barsa" ilə vidalaşdım. Etiraf edim ki, mən bu böyük klubda məhtəşəm iki il keçirdim. Fəxr edirəm ki, bu klubun formasını geyinmişəm, burada dünya şöhrətli futbolçularla çiyin-çiyinə oynamışam və yaxşı insanlarla birlikdə olmuşam. Ona görə də, bütün komanda yoldaşlarıma, məşqçilər heyətinə, həkimlərə, bir sözlə, hamıya öz təşəkkürümü bildirirəm. Bu gün məm həyatımın yeni erasını yaşayıram. Amma buna baxmayaraq, "Barsa" ailəsi həmişəlik olaraq, mənim ürəyimdə yaşayacaq. Gələn görüşə qədər. Yaşasın "Barsa"!" - Vidal belə yazıb. Xatırladaq ki, Vidal bu klubla İspaniya çempionu olmaqla yanaşı, həm də İspaniyanın Superkubokunu qazanıb.
Adı "İnter"ə keçməkdə hallanan çlili futbolçu yeni klubuyla görüşmək üçün artıq Milana (İtaliyaya) uçub.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !