Horas Makkoyun :"Yorulmuş atları güllələyirlər" -Nəsir Əhmədlinin yadına düşdü
Bu xəbəri paylaş
2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:
- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
- Niyə ki?
- Yaşınız 65-dən çoxdur.
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.
Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !