Şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr olunmuş müsabiqə-sərginin vaxtı uzadıldı - FOTO=3

Şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr olunmuş müsabiqə-sərginin vaxtı uzadıldı FOTO=3

TƏLƏBƏ-RƏSSAMLARIN NƏZƏRİNƏ!
BU İLİN ƏVVƏLİNDƏ MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ FONDU, AZƏRBAYCAN RƏSSAMLIQ AKADEMİYASI VƏ “SƏNƏTŞÜNASLIĞIN TƏBLİĞİ” İCTİMAİ BİRLİYİ “APREL DÖYÜŞLƏRİ VƏ ŞƏHİD-HEYKƏLTƏRAŞ SAMİR KAÇAYEV” MÖVZUSUNDA MÜSABİQƏ-SƏRGİNIN KEÇİRİLDİYİNİ ELAN ETMİŞDİ.
Amma dünyada və respublikamızda karantin elan olunması ilə əlaqədar bu müsabiqəni vaxtında yekulaşdırmaq mümkün olmayıb. Təşkilat komitəsi müsabiqənin vaxtını oktyabr ayının 5-nə kimi uzadıb. Həmin ayın ikinci yarasında müsabiqənin qalibləri elan olunacaqdır.
Müsabiqədə respublikanın ali təhsil ocaqlarında (Bakı, Gəncə, Naxçıvan, Cəlilabad, Lənkəran) təhsil alan tələbə-rəssamların iştirakı nəzərdə tutulub. Müsabiqəyə təsviri və dekorativ-tətbiqi sənət nümunələri təqdim oluna bilər.
Yaranmış vəziyyətlə əlaqədar müsabiqə ONLAYN keçirilir və buna görə də əsərlərin yalnız fotosunu bu emailə göndərmək kifayətdir: [email protected]
Müsabiqənin qaliblərinə pul mükafatları və diplomlar təqdim olunacaqdır.
Gənc yaradıcılarımızı bu önəmli - bədii-mənəvi tutumlu tədbirdə iştiraka dəvət edirik!
Təşkilat komitəsi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !