Bir dəfə qəzəblənib yazdım ki, kitabsız xalq-vicdansız xalqdır... - -Firuz Mustafa yazır

Bir dəfə qəzəblənib yazdım ki, kitabsız xalq-vicdansız xalqdır... -Firuz Mustafa yazır


Kitab niyə az satılır?
Biz niyə az kitab oxuyuruq?
Eşidirsən, sözüm sənədir, oxucum.
Hansı yazı-pozu adamı desə ki, kitablarımı dükanlara paylaşdırdım, hamısı satıldı, yaxşı pul qazandım, bu, bir az çətin inanılası məsələdir.
Əslində kirabı nəşriyyat çap edib özü də paylaşmalıdır. Müəllifin işi isə yazmaq olmalıdır. Bütün sivil dünyada belədir. Zənnimcə, bu sistem bizdə hələ lazımi səviyyədə qurulmayıb. Vaxtilə mən də kitab dükanlarına öz cildlərimdən göndərmişəm. Hətta, ən böyük nəşriyyatın müdiri yaxın tanışım, ən böyük kitab dükanları şəbəkəsinin rəhbəri yaxın qohumum idi. Müşahidə etdim, gördüm ki, kitablar bizdə çox ağır satılır. Böyük dərddir. Hətta, bir dəfə qəzəblənib yazdım ki, kitabsız xalq-vicdansız və əxlaqsız xalqdır.
Müşahidələrim onu da göstərdi ki, bizim insanlar da indi bütün dünyada olduğu kimi yüngül əsərlər oxumağa meyllidir. Onları qınamaq da olmur. Axı həyat ağırdır, problemlərlə doludur.
Və mənim ötən əsrin sonlarında detektiv (daha doğrusu, psixoloji detektiv) janrda yazdığım “Teatr Meydanı” roman nəşriyyatlardan birinin təklifi ilə basılıb çox sürətlə satıldı. Təbii ki, qonorar da verdilər. Haqlı olaraq soruşa bilərsiz: bəs sonra?.. Məsələ burasındadır ki, bu əsər (səhv etmirəmsə 2000-ci ildə) kiril əlifbası ilə çıxmışdı. Hələ onda latın qrafikasına tam keçməmişdik. Sonra yeni qrafikaya keçdik və arada fasilə, kitablara qarşı isə bir “yadlaşma” yarandı. Əlbəttə, mən latına keçməyimizi ən çox təkid, təqdir və təbliğ edənlərdən biri olmuşam. (Yeri gəlmişkən, bu gün də oxucular məndən bu tipli kitablar istəyir, amma mən özümü qətiyyən detektiv yazar hesab etmirəm).
Artıq hamı, hər halda mütləq çoxluq, latın qrafikasında rahat oxuyub-yazır. Amma yenə kitablar zəif oxunur. Niyə? Səbəb nədir? Səbəblərin bir çoxunu mən bilirəm-demişəm, yenə deyərəm.
İndi siz öz versiya, hipodez, vəsilə və habelə təkliflərinizi deyə bilərsiz.
Hə, sözüm sənədir, oxucum. Biganə olma.

p.s.
Bu günkü söhbətimiz yalnız KİTAB haqda oldu.
Hətta, kitabla bağlı deyimim də var: Kitabsız xalq-vicdansız xalqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !