Bu şəxslərə limon yemək qəti qadağandır -

Bu şəxslərə limon yemək qəti qadağandır

Limon dünyanın hər tərəfində saysız hesabsız faydalarına görə geniş istifadə edilən bir meyvədir. Onu həm çayla, həm su ilə içməyin faydasını bilməyən yəqin ki, yoxdur. Ancaq çox adam limonlu suyun əks təsirlərindən xəbərsizdir.
Limonun suyunda A, C vitamini, kalsium, karbonhidrat və s. faydalı maddələr boldur. Bunun üçün də o həm də antioksidan təsiri göstərir. Bəs ondan çox istifadənin hansı ziyanları var?
1. Mədə yanması
Xüsusi ilə mədəsində yara olanlara bu sudan uzaq dayanmaq məsləhət görülür. Çünki bu halda turşuluq artır, mədə ilə yanaşı bağırsqda da problemlər meydana çıxa bilər.
2. Diş minası
Turşuluğu yüksək olduğu üçün dişin mina qatına belə təsir göstərə bilər. Bu sudan çox istifadə dişlərinizin bəyazlığına kölgə sala, onları aşındıra bilər. Kiçik bir kariyes belə isə dişin itirilməsinə gətirib çıxarar.
3. Dəmir sovrulması
Bəzi araşdırmalar limon suyunun bədəndəki dəmirin sovrulmasına çox ciddi təsir etdiyini sübut edib. Nəticədə bədəndə toplanan dəmir ishal, bulantı və s. ağırlaşmalara yol aça bilər.
4. Allergiya
Sarı-narıncı meyvələrin bəzi insanlarda allergik təsir yaratdığı elmə çoxdan bəllidir. Bu reaksiyalar migreni də oyada bilər.
5. Hamiləlikdə diqqət
Bir çox hamilə qadın böyük həftələrdə mədədə olan yanmalardan əziyyət çəkə bilər. Hamiləlik zamanı dişlər və sümüklər də həssaslaşır. Limonun tərkibindəki turşuluq onların kirəçlənməsi prosesini sürətləndirə bilər.
6. Böyrəklərə risk
Böyrək və öd kisəsində problem olan insanlara limondan uzaq durmaq tövsiyyə edilir. Çünki bu məhsulun şirəsi bədəndə kalsium sovrulmasına mane ola bilər. Nəticədə isə böyrəklərdə daha ciddi fəsadlar yaranar.//medicina.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !